Avq 03, 2020 16:28 Asia/Baku
  • Qərb Sahilində toqquşma, yaralananlar var

Sionist rejim hərbçilərinin bu gün İordan çayının qərb sahilinə hücum etməsinin ardınca çıxan toqquşmada onlarla fələstinli xəsarət alıb.

SəhərAzəri xəbər verir, Sionist rejim hərbçiləri bu gün Qərb Sahilinə hücum edərək, bəzi fələstinliləri həbs etməyə çalışıblar. 

Əl-Qüds Əl-Ərəbi qəzetinin yazdığına görə, fələstinlilər sionist hərbçilərin önünü kəsməyə çalışıblar. Bu zaman tərəflər arasında toqquşma və qarşıdurma baş verib. Nəticədə bir neçə uşaq və gənc daxil olmaqla onlarla fələstinli xəsarət alıb. 

Sionist hərbçilərin hücum etdikləri məntəqələrdən biri Cənin şəhərinin qərbində yerləşən Zəbuba şəhəri olub. Fələstinli gənclər onların önünü kəsmək və irəliləməsinə mane olmaq istəyiblər. İşğalçı rejimin qüvvələri isə gözyaşardıcı qaz və səs bombalarından istifadə edərək, onları dağılışmağa məcbur etməyə çalışıblar. 

Bu məlumata görə sionistlər Nablos şəhərinin Əsirə məntəqəsində 5 fələstinlini həbs ediblər. 

Teqlər