Avq 06, 2020 17:42 Asia/Baku
  • Fələstinli ərazilərinin müsadirəsi davam edir

Sionistlərin qəsəbə salmaq üçün fələstinlilərin ərazilərini dağıtmaları və müsadirə etmələri davam edir və qərb sahilində bir vilayətdən digər bir vilayətə keçir.

SəhərAzəri xəbər verir, Sionistlər öncə fələstini ərazilərini müsadirə edir, sonra isə qəsəbə salmaq üçün onları dağıdırlar. Sionist işğalçılar Curəyş, Həvvarə, Burin və qərb sahilinin digər şimal bölgələrini müsadirə edərək, dağıdıblar. Onlar bu hərəkətlə fələstinliləri didərgin salaraq, onları miqrasiya etməyə məcbur edirlər.

Müsahibə:  Bura, bizim torpaqlarımızdır. Sionistləri buradan çıxarmağa çalışırıq.

Əvvəldən bu torpaqlar fələstinlilərə məxsus olubdur.

Burada buldozerlər gecə-gündüz zeytun ağarclarını qırıb-tökməkdədirlər. Ağacların qopardılması və topaqların dağıdılması ilə sanki onların sahiblərinə caynaq atılmış olur. Onlar var güclərilə özlərini və torpaqlarını müdafiə edirlər. Sionistlər indiyədək fələstinlilərin ərazilərindən yüz minlərlə kvadrat-metri müsadirə ediblər.

Müsahibə: Sionistlər üçün ölkənin mənası yoxdur. Onların hər biri müxtəlif ölkədən buraya gəlibdir. Əslində onlar muzdurdurlar.

Müsahibə: Biz bu gün əsl və real birliyə ehtiyac duyuruq ki, sionistlərin qəsəbəsalmaları qarşısında dayana bilmiş olaq.

Sionist qəsbkarlar fələstinliləri azlığa çevirməyə və onların torpaqlarını tam şəkildə mənimsəməyə çalışırlar.
 

Teqlər