Qərb sahilində 11 fələstinli həbs edilib
Sionist rejim hərbçiləri Qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək, 11 fələstinlini həbs ediblər
SəhərAzəri Əl-Əhd portalına istinadla xəbər verir ki, sionist rejim hərbçiləri İordan çayının qərb sahilində "Bəlatə" düşərgəsi , "Əl-Məsakin" məhəlləsi, "Əl-Birə" kəndi və "Əl-Cəlzun" düşərgəsinə basqın ediblər.
Sionist rejim hərbçiləri "Yəbud" və "Cenin" qəsəbələrinin girişində fələstinlilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Sionist rejim hərbçiləri, həmçinin Qərb sahilində Əl-Xəlilin cənubunda yerləşən "Əl-Fəvar" düşərgəsinin girişini bağlayaraq, fələstinlilərin gediş-gəlişinə mane olublar.
Sionistlər öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə basqın edib əsassız ittihamlarla fələstinliləri həbs edirlər.
Hazırda 250 uşaq və 47 qadın daxil olmaqla sionist rejim məhbəslərində 4 800 fələstinli əsirdir.