Avq 13, 2020 16:06 Asia/Baku
  • Sionist rejim hərbçiləri 10 fələstinli həbs ediblər

Sionist rejim hərbçiləri İordan çayının bəzi bölgələrinə basqın edərək, 10 fələstinlini həbs ediblər.

SəhərAzəri "Fələstin Əl-Youm"-a istinadla xəbər verir ki, sionist hərbçilərin Qərb sahilinə hücumu ilə eyni zamanda fələstinlilər ilə onlar arasında şiddətli toqquşma baş verib və şahidlərin dediyinə əsasən, sionistlər bu toqquşmalarda döyqş güllələrindən istifadə ediblər.

Sionist rejim hərbçiləri, həmçinin dünən Qərb sahilinin Cenin şəhərinə də hücum ediblər.

Keçən cümə də sionist hərbçilər Ceninə basqın edərək, mülki şəxslərə atəş açıblar, nəticədə "Daliya Səmudi" adlı bir fələstinli qadın aldığı güllə yarasından şəhid olub.

24 yaşlı bu şəhid ananın iki övladı var.

Teqlər