Avq 15, 2020 22:01 Asia/Baku
  • HƏMAS sionist rejimin hücumlarına münasibət bildirib

HƏMAS hərəkatının mətbuat katibi sionist rejimin Qəzzə zolağına ardıcıl hücmlarına reaksiyada, Fələstin müqavimətinin hazırkı vəziyyətin davam etməsinə icazə vermiyəcəyini elan edib.

Səhər Azəri bildirir ki, Fələstin mənbələri dünən gecə sionist rejimin qırıcıları və pilotsuzlarının Qəzzə zolağında bir neçə bölgəyə hava hücumundan xəbər veriblər. 

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın mətbuat katibi Fövzi Bərhum sionist rejimin hücumlarını dayandırmaq, Qəzzə zölağının mühasirəsini pozmaq və Fələstin xalqının maraqlarını müdafiə etmək çüçn bütün ssenarilərin masa üzərində olduğunu bəyan edib.

Bərhum vurğulayıb: "İsrail rejiminin Qəzzə zolağına hücumlarının davam etməsi, uşaqlar və qadınlar başda olmaqla günahsız mülkilərin hədəfə alınması, təhlükəli bir hərəkət və qırmızı bir xəttdir ki, bu axmaqlığın bütün fəsad və nəticələri ilə bağlı sionist düşmən məsuliyyət daşıyır. 

HƏMAS-ın mətbuat katibi sözlərinin davamında əlavə edib: "Sionist rejimin cinayətləri qarşısında beynəlxalq və regional susqunluq və münasibətlərin noramallaşdırılması prosesini gücləndirməklə onu mükafatlandırmaq, sionistləri mütəşəkkil terrorizm siyasətlərini davam etdirmək, cinayət törətmək və fələstinlilərin hüquqlarını tapdalamağa təşviq edir.

Teqlər