Sionist rejim Qəzzəyə artilleriya zərbələri endirib
Sionist rejim Qəzzəyə artilleriya zərbələri endirib
Avq 17, 2020 12:03 Asia/Baku
Sionist rejim ordusu bu gün Qəzzənin şimalı və cənubuna artilleriya zərbələri endirib.
Səhər Azəri bildirir ki, sionist İsrail rejimi günün ilk saatlarında və Misir nümayəndə heyətinin Fələstinə səfər etməsindən öncə Qəzzənin şimalı və cənubunda bəzi məntəqələrə artilleriya zərbələri endirib.
Fələstin mənbələri bu hücumlarda iki bazanın hədəfə alındığını bildiriblər. Bu məlumata görə Beyt Hanun şəhərinin şərqində və Xan Yunusun şimalında Fələstin müqavimətinə məxsus iki gözətçi qülləsi hədəfə alınıb.
Sionist rejim ordusu isə bir bəyanat yayaraq, Həmas-ın bazalarını hədəfə aldığını bildirib.