Sionistsakinli qəsəbələrin ətrafında yanğın genişlənib
Sionistsakinli qəsəbələrin ətrafında yanğın genişlənib
Avq 24, 2020 19:37 Asia/Baku
Qəzzə zolağından işğal olunmuş ərazilərin cənubundakı sionistsakinli qəsəbələrə tərəfə göndərilən alovlanan şarlar bu qəsəbələrdə yanğının genişlənməsinə səbəb olub.
Səhər Azəri bildirir ki, sionist mənbələr bazar günü işğal olunmuş ərazilərin cənubunda 28 yeni yanğın hadisəsinin baş verməsindən xəbər veriblər. Bu yanğınlar Qəzzə zolağından sionistsakinli qəsəbələrə tərəf alovlanan şarların göndərilməsindən irəli gəlir.
Fələstinli gənclər ötən günlərdə Qəzzə zolağının sionistlər tərəfindən mühasirəsinin davam etməsinə etiraz olaraq, bu bölgənin işğal olunmuş Fələstinlə sərhəd zolağına gəlib və işğal olunmuş ərazilərə tərəf alovlanan şarlar göndəriblər.
Sionist rejim 2006-cı ildən Qəzzə zolağını iqtisadi mühasirədə saxlayır.