İsrail ordusu Qəzzənin mərkəz və cənub məntəqələrini bombaladı
https://azeri.sahartv.ir/news/fələstin-i366646-İsrail_ordusu_qəzzənin_mərkəz_və_cənub_məntəqələrini_bombaladı
Sionist rejim ordusunun artilleriya bölmələri Qəzzənin cənub və mərkəzində bir sıra məntəqəyə zərbələr endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2020 06:14 Asia/Baku
  • İsrail ordusu Qəzzənin mərkəz və cənub məntəqələrini bombaladı

Sionist rejim ordusunun artilleriya bölmələri Qəzzənin cənub və mərkəzində bir sıra məntəqəyə zərbələr endirib.

Səhər Azəri bildirir ki, İsrail ordusu Qəzzənin cənub və mərkəzində müqavimət qüvvələrinin iki bazasına raket və artilleriya zərbələri endirib. 

Bu məlumata görə sionist rejim ordusu Xan Yunusun yaxınlığında, Əl-Fəxari məntəqəsində Fələstin hökumətinə bağlı bir hərbi qərargahı hədəfə alıb. 

Sionistlər həmçinin Deyr Bələh məntəqəsində də müqavimət qüvvələrinin mövqeyini atəşə tutublar. 

Fələstin mənbələri bu hücumların sadəcə maddi dağıntılara yol açdığını və xəsarət alanın olmadığını bildiriblər.