Sen 03, 2020 11:06 Asia/Baku
  • Seyid Həsən Nəsrullah İsmail Həniyyə ilə görüşəcək

HƏMAS-ın siyasi bürosunun sədri BƏƏ ilə sionist rejim arasında münasibətlərin normallaşdırılmasını araşdırmaq məqsədilə Livan Hizbullahının baş katibi ilə görüşəcək.

SəhərAzəri xəbər verir, Livana bir həftəlik səfəri çərçivəsində Beyrutda olan HƏMAS-ın siyasi bürosunun sədri Birləşmiş Ərəb Əmirliklərinin sionist rejimlə əlaqələrini normallaşdlrmaya dair son hərəkəti barədə məsləhətləşmə aparmaq üçün Fələstininmüqavimət qrupları ilə görüşü planlaşdırılıb.

HƏMAS-ın yaydığı bəyanata əsasən, İsmail Həniyyə Seyid Həsən Nəsrullah ilə görüşəcək.

İsmail Həniyyənin səfəri 27 ildən sonra Livana ilk səfəridir. O, 13 avqustda BƏƏ ilə Sionist rejim arasındakı rüsvayçı razılaşmanın elanından sonra Livana getməyə qərar verdi.

Həmasın Livandakı nümayəndəsi Əli Barakanın dediyinə görə, HƏMAS rəhbərinin cümə axşamı günü digər Fələstinli qrupların nümayəndələri ilə nadir danışıqlar apararaq, Sionist rejimlə əlaqələrin normallaşdırılmasına dair bu cür razılaşmalara necə cavab verəcəyini müzakirə etməyi planlaşdırılıb.

Həniyyə çərşənbə günü axşam İslami Cihad Hərəkatinin baş katibi Ziyad Əl-Nəxalə ilə görüşüb.

HƏMAS-ın yüksək rəsmisinin bəzi Livan liderləri ilə görüşü də planlaşdırılır. O, daha əvvəl Livan parlamentinin sədri Nəbih Berri ilə görüşüb.

Eyni zamanda, Fələstin Özünü İdarəetmə Təşkilatının sədri Mahmud Abbas da Ramullahda fələstinli cinahların nümayəndələri ilə görüşüb.

Beyrut və Ramullah da keçirilən bu birgə danışıqların məqsədi, sionist rejim ilə əlaqələrin normallaşdırmaq planlarına  qarşı, həmçinin Qərb sahilinin ilhaq planlarını nəytrallaşdırmaq üçün vahid bir Fələstin strategiyası hazırlamaqdır.    

 

Teqlər