Sen 05, 2020 15:13 Asia/Baku
  • Fələstin Trampın seçki ambisiyalarının qurbanı olubdur

Fələstin Azadlıq Təşkilatının icra komitəsinin katibi deyib ki, Fələstin Amerika prezidenti Donald Trampın seçki ambisiyalarının qurbanı olubdur.

Səhər Azəri bildirir ki, Saib Əriqat dünən öz tvitter hesabında yazıb: Tramp hökuməti ölkələri Qüdsü sionist rejimin paytaxtı kimi qanunsuz şəkildə tanımağa təşviq etməklə bir daha fələstinlilərin hüquqlarının inkar olunması, BMT qətnamələri və beynəlxalq hüquq normalarının pozulmasına sadiq qaldığını göstərdi.

Əriqat vurğulayıb ki, Donald Trampın seçki komandası onun bir daha ABŞ prezidenti seçilməsi üçün hətta beynəlxalq quruluşu və sülhü belə məhv edəcək hər bir addımı atacaqdır.

Fələstin Azadlıq Təşkilatının icra komitəsinin katibi Ərəb Liqasından və İslam Əməkdaşlığı Təşkilatından istəyibdir ki, sionist rejimin qanun pozuntuları və cinayətlərinə və bu cinayətləri ört-basdır edən kəslərə qarşı ciddi addımlar atsınlar.

Donald Tramp özünün anti-Fələstin səylərinin davamında cümə günü Kosovo ilə sionist rejim arasındakı münasibətlərin adiləşməsi və Serbiyanın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədəki öhdəliyindən xəbər verdi.

Teqlər