Saib Əriqat: Səfirliklərini Qüdsə köçürən ölkələrlə əlaqələrimiz kəsiləcək
https://azeri.sahartv.ir/news/fələstin-i366940-saib_Əriqat_səfirliklərini_qüdsə_köçürən_ölkələrlə_əlaqələrimiz_kəsiləcək
Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin sədri Ramullahın səfirliklərini Qüdsə köçürən ölkələr ilə əlaqələrini kəsəcəyinə dair xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2020 15:35 Asia/Baku
  • Saib Əriqat: Səfirliklərini Qüdsə köçürən ölkələrlə əlaqələrimiz kəsiləcək

Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin sədri Ramullahın səfirliklərini Qüdsə köçürən ölkələr ilə əlaqələrini kəsəcəyinə dair xəbərdarlıq edib.

Səhər Azəri bildirir ki, bu sözləri Saib Əriqat Tvitter səhifəsində paylaşıb. 

Saib Əriqat ölkələrin öz səfirliklərini Qüdsə köçürmələrini beynəlxalq qanunlara zidd adlandırıb və deyib: Ramallah bu prosesin qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək. 

Əriqat daha sonra yazır: Ərəb və İslam ölkələri hardadırlar? Fələstinlə bağlı nigaranlıq edənlər məgər bu sual deyil?

Kosovo və Serbiya öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürmək qərarına gəldiklərini elan ediblər.