Sionist rejim qanunsuz məskunlaşma siyasətini davam etdirir
Qərb Sahilində daha 5000 mənzilin tikilməsi qərara alındı
Sionist İsrail rejiminin müharibə naziri Qərb Sahişində 5000 yeni mənzilin tikilməsinə dair layihəni təsdiq edərək, baş nazirdən layihənin yekun olaraq təsdiq olunması üçün tikinti-memarlıq şurasının iclasını təşkil etməsini istəyib.
Səhər Azəri bildirir ki, İsrailin müharibə naziri Beni Qantz Qərb Sahilində 5 min yeni mənzilin salınması layihəsini təsdiq edib.
"Yerusəlim Post" qəzeti bildirir ki, Qantz bazar günü Qərb Sahilində 5 min yeni mənzilin salınmasına dair layihəni təsdiq etdikdən sonra baş nazir Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb, ondan layihənin təsdiq və icra olunması üçün tikinti-memarlıq şurasının təşkil edilməsini istəyib.
Bu məlumata görə Qərb Sahilində yeni yaşayış massivlərinin salınması üzrə tikinti-memarlıq şurasının iclası koronavirus pandemiyası ilə əlaqədar 6 aydır ki, təşkil olunmayıb.
Qantz tikinti-memarlıq şurasının gələn həftə iclas təşkil etməsini istəyib. Əgər iclas təyin olunmuş vaxtda təşkil edilməzsə Netanyahu Qərb Sahilində yeni yaşayış massivlərinin salınmasında yaranan təxirə görə etirazların hədəfinə çevrilə bilər.
Yüz minlərlə israilli Qərb Sahili və Qüdsdə salınan qanunsuz yaşayış massivlərində məskunlaşıb.