İşğal olunmuş ərazilərdə koronavirusa yoluxma miqdarı artıb
https://azeri.sahartv.ir/news/fələstin-i367076-İşğal_olunmuş_ərazilərdə_koronavirusa_yoluxma_miqdarı_artıb
Sionist rejimin səhiyyə nazirliyi işğal olunmuş ərazilərdə koronavirusa yoluxma miqdarının artdığını bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 10, 2020 12:25 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə koronavirusa yoluxma miqdarı artıb

Sionist rejimin səhiyyə nazirliyi işğal olunmuş ərazilərdə koronavirusa yoluxma miqdarının artdığını bildirib.

SəhərAzəri xəbər verir, Nazirlik dünən yaydığı məlumatda qeyd edibdir ki, ötən sutka ərzində daha min yüz beş sionist koronavirusa yoluxub.

Bu məlumata görə, işğal olunmuş ərazilərdə koronavirusa yoluxanların ümumi sayı 137 min 159 nəfərə çatıb. Ölənlərin miqdarı isə min qırx nəfərə yüksəlibdir.

İşğal olunmuş ərazilərdəki koronavirus xəstələrindən 454 nəfərin vəziyyəti ağır elan edilib. 143 nəfər də süni tənəffüs aparatına qoşulubdur.

Koronavirusa yoluxan sionistlərin sayının günü-gündən artması işğal olunmuş ərazilərdə böhranın yaranmasına səbəb olubdur.