Fələstinin işğal edilmiş ərazilərində koronavirus tüğyan edir
Okt 03, 2020 23:26 Asia/Baku
Fələstinin işğal edilmiş əraziləri koronavirusun yeni dalğası ilə üzləşib, buna görə də bu virusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsi irəli sürülüb.
SəhərAzəri"Haarets" portalının məlumatına istinadla xəbər verir ki, işğal edilmiş ərazilərin şimalında yerləşən Yerka kəndində əlillərin iqamətgahında 33 nəfər COVİD-19 infeksiyasına yoluxub, 18 nəfər isə karantinə alınıb və bu iqamətgah bağlanıbdır.
Eyni zamanda bu mərkəzin işçilərindən də 22 nəfər koronavirusa yoluxub.
Digər tərəfdən, işğal edilmiş ərazilərdə bir Sinaqoqda keçirilən Roş-Ha-Şana bayramı mərasiminə qatılmış yəhudi təhsil mərkəzinin şagirdlərindən min 100 nəfəri COVİD-19 infeksiyasına yoluxub.