Noy 05, 2020 19:30 Asia/Baku
  • Sionist hərbçilər 24 fələstinlini həbs ediblər

Sionist hərbçilər daha 24 fələstinlini həbs ediblər

SəhərAzəri xəbər verir, İRİB-ə istinadla xəbər verir ki, Fələstinli Əsirlər Klubu dünən bildirib ki, sionist rejim hərbçiləri Qüds və İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 24 fələstinlini həbs ediblər.

Sionist hərbçilər elə bir halda fələstinliləri həbs etməkdə davam edirlər ki, Fələstinin İslami Müqavimət Hərəkatı (Həmas) koronavirusun yayılması səbəbindən sionist rejimin məhbəslərindəki fələstinli əsirlərin vəziyyəti ilə bağlı xəbərdar edib.Məlumata görə, çərşənbə axşamına qədər sionist rejim həbsxanalarında koronavirusa yoluxmuş fələstinli əsirlərin sayı 81-ə çatıbdır.

Sionist rejim əsirlərin səhhəti ilə maraqlanmır və yüzlərlə əsirin xərçəng kimi xroniki xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, onları azad etməkdən və ya xəstəxanaya köçürməkdən imtina edir.

Sionist rejim həbsxanalarında 41-i qadın və 140-ı uşaq olmaqla təxminən 4800 fələstinli saxlanılır, bunlardan 340-ı mühakimə olunmayıb və müvəqqəti nəzarətdədir.

Teqlər