Dek 27, 2020 11:41 Asia/Baku
  • Sionist qəsəbə sakinləri fələstinlilərə hücum ediblər

Yüzlərlə sionist qəsəbə sakini işğal edilmiş Qüdsdə yaşayan fələstinlilərə hücum edib.

SəhərAzəri xəbər verir, dünən gecə işğal edilmiş Qüdsün mərkəzində fələstinlilərə hücum edən sionist qəsəbə sakinləri onları döyərək, bir neçə avtomobilə zərər vurublar.

Şahidlərin sözlərinə görə, sionist qəsəbə sakinləri Quds şəhərinin mərkəzində yerləşən Ramat-Şukul sionist qəsəbəsinin yaxınlığındakı fələstinli evlərinə də hücum ediblər.

Ötən gün ərzində İordan çayının qərb sahilinin müxtəlif rayonları dəfələrlə sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı hücumlarının şahidi olublar.

Belə bir halda, Fələstin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı cinayətlərinə son qoymağa çağırıb.

Mövcud statistikalara görə, Qərb sahilində və Qüdsdə 670 minə yaxın sionist qəsəbə sakini yaşayır. Onlar bu rayonlarda fələstinlilərə və ya onların maliyyə və mülkiyyətlərinə qarşı təxribatçı əməliyyatlar həyata keçirirlər.

Teqlər