Sionist rejim bir daha Qəzzəyə hücum edib
https://azeri.sahartv.ir/news/fələstin-i372259-sionist_rejim_bir_daha_qəzzəyə_hücum_edib
Sionist rejim bu gün səhərçağı bir daha Qəzzə bölməsini hədəfə alıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 20, 2021 10:26 Asia/Baku
  • Sionist rejim bir daha Qəzzəyə hücum edib

Sionist rejim bu gün səhərçağı bir daha Qəzzə bölməsini hədəfə alıb.

SəhərAzəri  Fələstinli mənbələr bildiriblər ki, sionist rejimin qırıcıları və artilleriyası Qəzzə zolağının mərkəzində- Əlməğazi və Əlbric, şimalında- Beyt-Hanun və Əlzəytun, cənubunda isə Xan Yunus rayonlarını hədəfə alıblar.

Hələ bu hücumların törətdiyi xəsarət və tələfat barədə bir məlumat yayılmayıbdır.

Sionist rejim ordusu iddia edibdir ki, bu hücumlar Qəzzə zolağından işğal olunmuş ərazilərə üç ədəd raketin atılmasına cavab olaraq, həyata keçirilibdir.

Sionist rejimin qırıcıları, vertolyotları, PUA-ları və artilleriyası son aylar dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.

Sionist rejim 2017-ci ilin dekabrından bəri Qəzzə zolağına qarşı hava hücumlarının yeni mərhələsini öz gündəminə salıbdır.

Bu hücumlar daima puç bəhanələrlə həyata keçirilir.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və ya yaralanıbdır.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejim tərəfindən quru, hava və dənizdən mühasirə edilib. Bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.