Yan 23, 2021 09:00 Asia/Baku
  • Fələstinlilər Entoni Blinkenin Fələstinlə bağlı mövqeyini qınayıb

Fələstin qrupları Co Bayden administrasiyasındakı dövlət katibi Entoni Blinkenin, Qüdslə bağlı İsrail rejiminə dəstək verici açıqlamalarını qınayıb.

SəhərAzəri  Bayden administrasiyasının Dövlət katibi vəzifəsinə namizəd Antoni Blinken, ABŞ-ın hələ də Qüdsü sionist rejimin paytaxtı hesab etdiyini və səfirliyi yenidən Tel-Əvivə köçürmək istəmədiyini söyləyib.

 Ali Müsəlman Şurasının rəhbəri və əl-Əqsa məscidinin vaizi Şeyx İkrima Səbri, Blinkenin açıqlamalarına cavab olaraq, bu sözlərin ABŞ-ın sionist rejimə dəstək strategiyasını nümayiş etdirdiyini söyləyib: "ABŞ-ın İsrail rejiminə dəstəyi davam edəcək, Tramp administrasiyası və ABŞ-ın yeni prezidenti yalnız bəzi yanaşmalarda fərqlənir. ABŞ-ın İsrail rejimi və ərəb dövlətlərinə qarşı əsas strategiyası sabit və dəyişməzdir".

HƏMAS sözçüsü Hazim Qasim, Blinkenin açıqlamalarının beynəlxalq hüquqa və qətnamələrə zidd olduğunu söyləyərək, Qüdsün paytaxt olaraq fələstinlilərin ayrılmaz bir haqqı olduğunu və buna qarşı hər hansı ifadənin bütün ərəb xalqları və dövlətləri üçün təhqir sayıldığını qeyd edib. Fələstin İslami Cihad hərəkatının nümayəndəsi Davud Şahab da öz növbəsində seçilmiş prezident Co Baydenin namizədinin açıqlamalarının ABŞ hökumətinə ümid bəsləyənlərin hamısında məyusluq gətirəcəyini bildirib. O, Blinkenin sözlərinin ABŞ-ın sionist rejimini dəstəkləməkdə qətiyyətli olduğunu göstərdiyini və hər kəsin ABŞ-ın heç vaxt dəyişməyəcəyini anlamalı olduğunu bildirib. 

Teqlər