Yan 25, 2021 17:35 Asia/Baku
  • BMT fələstinlilərin mənzillərinin sökülməsi barədə hesabat yayıb

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya ofisi ən son hesabatında işğal olunmuş İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərə aid onlarla binanın sökülməsindən xəbər verib.

SəhərAzəri Xəbər verir ki, Transregional "Əl-Qüdsül Əl-Ərəbi" qəzetinin məlumatına görə,BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya ofisi (OCHA) bazar ertəsi günü bir hesabatda bildirib ki, sionist rejim son iki həftə ərzində tikinti lisenziyası olmadığı bəhanəsi ilə fələstinliləri 24 yaşayış binasını söküb ki, nəticədə 34 Fələstin vətəndaşı didərgin düşüb, 70 nəfər isə xəsarət alıb. 

OCHA-nın hesabatında deyilir: "Sionist rejimin hədəf aldığı bu binalardan 10-u işğal altında olan Qüdsün Beyt İksa qəsəbəsindədir və bu da 27 nəfərin didərgin düşməsi ilə nəticələnib.

Bu beynəlxalq hesabata əsasən, Cenin şəhərinin "Xərbe Fərasin" bölgəsində yeddi nəfərlik bir ailəyə məxsus köhnə bir bina, qədim bir ərazidə yerləşdiyi bəhanəsi ilə sionist rejim tərəfindən dağıdılıb. Bu yaxınlarda Əl-Xəlil şəhərinin "Ümmi Qissə" bölgəsində inşa edilmiş bir məktəbin də növbəti 96 saat ərzində sökülməsi hökmu verilib.

Qeyd edək ki, son iki ayda sionist rejim fələstinlilərə məxsus min 370 ağacı da kəsib və qoruq ərazisində otlamağa aparılması bəhanəsilə 237 baş heyvanı da müsadirə edib.

OCHA-nın məlumatına görə, 2020-ci ilin son iki ayında, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində işğalçı qüvvələr  və fələstinlilər arasında baş verən qarşıdurmalarda 14-ü uşaq olmaqla 79 fələstinli yaralanıb, 157 fələstinli isə həbs edilib.

Teqlər