İordaniya kralı: “Fələstinsiz bölgədə sabitlik və sülh mümkün deyil”
İordaniyanın kralı 2-ci Abdullah deyib ki, Fələstin məsələsinə ədalətli və hərtərəfli həll yolu reallaşmadan bölgədə və dünyada təhlükəsizlik, sabitlik və sülh əldə edilə bilməz.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,kral Abdullah İordaniyanın Petra rəsmi xəbər agentliyinə verdiyi müsahibəsində, Fələstin-İsrail (sionist rejim) qarşıdurmasına son qoymanın yeganə yolunun iki dövlətli həll yolu olduğunu söyləyib.
İordaniya kralı Fələstin xalqının yanında olduqlarını və 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil bir Fələstin dövlətinin yaradılması üçün bütün səyləri dəstəklədiklərini vurğulayıb.
Kral 2-ci Abdullah problemin həlli üçün Fələstin xalqının bütün qanuni hüquqlarını yerinə yetirməli olduğunu deyərək, belə danışıb: “Fələstin məsələsi İordaniya üçün mərkəzi məsələdir”.