Netanyahuya qarşı etirazlar davam edir
İşğal olunmuş Fələstinin sakinləri bir daha sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı aksiya keçiriblər.
SəhərAzəri xəbər verir ki, İşğal olunmuş Fələstinin sakinləri dünən gecə sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal altındakı Qüdsdə yerləşən iqamətgahı qarşısında keçirdikləri nümayişdə onun istefasını tələb ediblər.
Aksiyaçılar nümayiş zamanı Netanyahuya qarşı şüarlarla çıxış ediblər.
İşğal olunmuş ərazilər son aylar dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına, eləcə də koronavirusa qarşı mübarizədə zəif əməl etməsinə qarşı aksiyaların şahidi olublar.
Netanyahunun başı son aylarda dörd korrupsiya işinə qarışıbdır. Kütləvi informasiya vasitələrində bu işlər "mininci", "iki mininci", "üç mininci" və "dörd mininci" işlər kimi tanınır.
Netanyahu cinayət araşdırmaları və istintaqı ilə üzləşən ilk sionist məmuru deyil. Əxlaq və maliyyə pozğunluğu sionist rejimin məsul şəxsləri arasında rəvac tapıbdır.