Fev 15, 2021 17:40 Asia/Baku
  • Fələstin sionist rejimin cinayətlərinə baxılmasının sürətləndirilməsini istəyib

Fələstin muxtariyyətinin xarici işlər nazirliyi dünən gecə bir bəyanatda sionist rejimin fələstinlilərə qarşı cinayətləri barədə təhqiqatların başlanmasının sürətləndirilməsini istəyib.

SəhərAzəri xəbər verir ki, Fələstin muxtariyyətinin xarici işlər nazirliyi Beynəlxalq Haaqa Məhkəməsini sionist rejimin və sionist qəsəbə sakinlərinin Fələstin xalqına və onun ərazilərinə qarşı cinayətləri barədə təcili təhqiqat həyata keçirməyə çağırıb.

Nazirlik həmçinin Fələstin xalqına qarşı törədilmiş bu cinayətlərin amillərinin cəzalandırılmalarını tələb edib.

Fələstin muxtariyyətinin xarici işlər nazirliyi dünya ictimaiyyətindən, beynəlxalq hüquqi və humanitar təşkiatlardan istəyibdir ki, sionist rejimin beynəlxalq qaydalara zidd hərəkətləri qarşısında dayansınlar və Fələstin xalqına qarşı cinayətlərinə görə, bu rejim dərhal cəzalandırılsın.

Teqlər