Mart 03, 2021 09:32 Asia/Baku
  • Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib

Ermənistanda prezident Armen Sarkisyan baş nazirin məlum qərarı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

SəhərAzəri xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında fərman layihəsini imzalamayıb. Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın təqdimatı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Armen Sarkisyan martın 2-də Konstitusiya Məhkəməsinə müraciətində məhkəmə 2018-ci ildə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qəbul edilmiş qanuna, Əsas Qanuna dəyişikliyə nəzər yetirməsini xahiş edib.

Teqlər