Netanyahu Qəzzənin şimalına səfərini ləğv etdi
Fələstin İslami Cihad hərəkatının hərbi qanadının Təl-Əvivə xəbərdarlığından sonra, xəbər mənbələri İsrail rejiminin baş naziri Binyamin Netanyahunun işğal altındakı Aşkelon şəhərinə (Qəzzənin şimalında) ziyarətini ləğv etdiyini bildiriblər.
SəhərAzəri xəbər verir ki,Fələstin Shams News xəbər agentliyi bəzi sionist mənbələrə istinadən, Qəzzə zolağında yerləşən müqavimət qrupları tərəfindən atılan raket qorxusu səbəbi ilə səfərin ləğv edildiyini bildirib.
“Yedioth Ahronoth” qəzeti də səfərin ləğv edildiyi barədə məlumat verərək, Netanyahu tərəfdarlarının onu üç saat gözləməsindən sonra, Netanyahunun Aşkelona səfərini ləğv etdiyini bildirib.
Ancaq Likud partiyası (Netanyahunun partiyası) səfərin ləğv edilməsinin səbəbinin uzun siyasi dialoq olduğunu və səfərin başqa bir vaxtda reallaşacağını iddia edib.
Xatırladaq ki, Fələstin müqavimət qrupları 2019-cu ilin dekabrında, Netanyahunun təşviqat kampaniyası mitinqi vaxtı işğal altındakı Aşkelon şəhərini hədəfə almışdı.