Mart 24, 2021 19:01 Asia/Baku

Netanyahunun Beerşebaya səfəri zamanı Qəzzadan atılan bir raket, qəsəbə yaxınlığındakı Hatzerim hava bazası yaxınlığına düşüb.

SəhərAzəri xəbər verir ki,Rutplydən nəql edir ki,  tələsik şəkildə şəhərdən çıxarılan Netanyahu, Aşkelona səfərini də ləğv edib.

 Sionist mediası baş nazirin iştirak etdiyi Beerşeba bölgəsinə raket atıldığını təsdiqləyib.

 Sionist rejimin ordusunun sözçüsü Avixai Adri dünən (23 mart) axşam Tvitter hesabında Fələstinin cənubundakı Beerşebaya bir raketin atıldığını bildirib. O, raketin boş əraziyə düşdüyünü bildirib.

 Fələstin mediası da sionist mediasına istinadən Qəzza ətrafındakı qəsəbələrdə sirenaların çalındığını xəbər verib.

 Media raket atəşinin Netanyahunun Beerşebaya səfəri ilə üst-üstə düşdüyünü yazıb.

 Hadisədən sonra İsrail rejiminin hərbi naziri Benni Qantz hadisəni araşdırmaq üçün Aviv Koxavi də daxil olmaqla ordu komandirləri ilə təcili iclaslar keçirib.

 Netanyahunun Qəzzadan raket atılmasından sonra tələsik Beerşebadan çıxarıldığı kadrlara aşağıda baxa bilərsiniz.

 

Teqlər