Apr 02, 2021 01:04 Asia/Baku
  • ABŞ İordan çayının qərb sahilinə “işğal olunmuş ərazilər” dedi

ABŞ-ın yeni rəhbərliyi illik hesabatında, İordan çayının qərb sahili üçün əvvəlki rəhbərliyin tərk etdiyi “işğal olunmuş ərazilər” ifadəsini istifadə edib.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,  ABŞ-ın yeni rəhbərliyi sionist rejimin İordan çayının qərb sahilindəki nəzarətinin işğal olduğunu iddia edib.

“Times of Israel” qəzetinin yazdığına görə, Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatında belə deyilir: “Vaşinqton işğal islahatını Qərb Sahilindəki mövcud vəziyyətə görə istifadə edir”.

Dövlət Departamentinin sözçüsü Ned Prays isə belə deyib: “Bu, hər iki tərəfin əvvəlki hökumətlərinin son onilliklər ərzində tutduğu mövqedir”.

Donald Trampın rəhbərlik etdiyi keçmiş ABŞ hakimiyyəti, illik insan hüquqları hesabatında “İsrail və İşğal edilmiş bölgələr” əvəzinə “İordan çayının qərb sahili və Qəzzadan” istifadə edirdi.

Söz oyunu yeni ABŞ rəhbərliyinin oynadığı yoldur. Belə ki, dövlət katibi Entoni Blinken, əvvəlki administrasiyanın Qüdsü işğal olunmuş Fələstinin paytaxtı kimi tanıma və bölgə ilə sionist rejim arasındakı münasibətləri normallaşdırmaq qərarından geri dönməyəcəyini söyləmişdi.

Blinken, həmçinin CNN-nə verdiyi müsahibəsində Trampın Qolan yüksəklikləri ilə bağlı qərarını təsdiqləməkdən çəkinmiş, ancaq bölgənin sionist rejimin təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu söyləmişdi.

Teqlər