Apr 04, 2021 16:40 Asia/Baku
  • Əl-Nəxalə: İslami Cihadın prioriteti Sionist rejimə müqavimət göstərmək və mübarizə etməkdir

Fələstin İslami Cihad Hərəkəti baş katibi, Fələstində Sionist rejimin varlığı altında seçki keçirilməsinin, bu rejimlə bir yerdə həyat imkani mənasını verdiyini söylədi.

SəhərAzəri-Əl-Aləm kanalına görə, Ziyad Əl-Nəxalə,  şənbə günü etdiyi çıxışda, İslami Cihad Hərəkətinin prioritetinin seçki təşkil etmək deyil,  prioritetinin Sionist rejimə qarşı müqavimət göstərmək və mübarizə olduğunu söylədi.

 

Əl-Nəxalə, saxta bir rejimin qanuniləşdirilməməsi lazım olduğunu söyləyərək sionistlərin Fələstin xalqının torpaqlarına və evlərinə əl qoyma səylərini qarşı, müqaviməti və cihadın davam etdirilməsinin lazım olduğunu söylədi.

 

Əl-Nəxalə, narahat edici olanın tarix, mədəniyyət və milliyyət düşmənlərinin normallaşma bayrağı altında Ərəb ölkələrinə girməsi olduğunu ifadə etdi.

 

İslami Cihad Hərəkəti Ümumi baş katibi Əl-Nəxalə, keçdiyimiz günlərdə də Fələstinli səlahiyyətlilərlə etdiyi müzakirədə Fələstin xalqının sionist proyekti məğlub edəcəyini ifadə etmişdi.

 

Ziyad əl-Nehale, "Fələstin xalqı, Sionist düşmən proyektini 1976dakı intifadasi ila məğlub etdi və bu gün də işğal altındakı Qüdsdə və Fələstinin bütün bölgələrində Sionist proyektlərini məğlub edəcək." dedi.

 

Teqlər