Apr 08, 2021 17:12 Asia/Baku
  • Sionist düşmənlə mübarizə vacibdir

Fələstin İslami Cihad Hərəkatı sionist rejimin işğal olunmuş Qüdsdə fələstinli bir gənci şəhid etmək kimi cinayətini pisləyib.

SəhərAzəri xəbər verir ki,Fələstin İslami Cihad Hərəkatı Vurğulayıb ki, bu rejimin cinayəti terrorizmlə mübarizədə önləyicilik və mövqe tutmaq sahəsində vəhdət tələb edir.

İslami Cihad Hərəkatı bir bəyanatda Usamə Mənsurun qəsbkar sionist rejim qüvvələri tərəfindən hərtərəfli və küdurətli bir cinayətdə şəhid edilməsi münasibətilə başsağlığı verib.

42 yaşlı Usamə Mənsur dünən işğal edilmiş Qüdsün qərbində öz avtomobilni sürdüyü halda, sionist hərbçilər tərəfindən şəhid edilib.

İslami Cihad Hərəkatı vurğulayıb: Müqavimət yolu xalqımızı qoruya və düşmən qarşısında önləyicilik yarada və onun, günahsız insanları hədəfə alan terror hərəkətlərinə cavab verə bilər.

Bəyanatın davamında deyilir: İşğalçı rejimlə müxtəlif müqavimət yolu ilə mübarizə zərurət təşkil edir və bundan savayı bir yol yoxdur. Xüsusən ona görə ki, sionist rejimin təcavüzləri şiddətlənib və düşmənin xalqımızı terror və qırğın etmək, vətəndaşların evlərini dağıtmaq və onların əkin sahələri və maliyyələrinə təcavüz etmək üzrə hərəkəti davam etməkdədir.

Fələstin İslami Cihad Hərəkatı hamıdan istəyibdir ki, müqavimət seçimi yollarının himayə edilməsi və gücləndirilməsi istiqamətində, bu cinayətlər qarşısında vahid mövqe tutsun və bununla düşmən bilsin ki, Fələstin xalqının qanı və izzəti dəyərlidir və günahsızların qanlarının tökülməsi qarşısında güzəştə gedilməyəcək.

Fələstin İslami Cihad Hərəkatı vurğulayıb: Heç bir məsələ bizi milli izzətin qorunmasından və müqavimət məsuliyyətindən qəflətə salmayacaq. Düşmən bu izzəti özünün öldürücü vasitələri ilə tapdayır və öz silahları ilə hər yerdə mövcud olan işğlaçı rejimin yoxlama-buraxılış postlarında və Qərb sahilinin küçələrində gənclərimizi soyuqqanlılıqla öldürür.

Fələstin İslami Cihad Hərəkatı işğalçı rejimin cinayətlərinə cavab vermək və müqavimət göstərmək üzrə haqqına təkid edərək, xüsusən sionist rejimlə təhlükəsizlik koordinasiyasının dayandırılması və müxtəlif müqavimət yollarının fəallaşdırılması ilə bağlı milli birlik istəyir.

Bu hərəkat vurğulayıb: Bu cür qərarlara səbəb, sionistləri qırğın törətmək və zorakılıq etmək kimi hərəkətləri davam etdirməyə təşviq edən sionist terrorizm başçılarının pis hərəkətləri olubdur ki, onların əvəzini Qüdsün və Qərb sahilinin sakinləri öz qanları və izzətləri ilə ödəyirlər.

Teqlər