Apr 09, 2021 23:02 Asia/Baku
  • Məsihi rahib Əl-Əqsa məscidini dəstəkləməyə çağırıb

Qəzzada 1995-2009-cu illərdə keşiş kimi fəaliyyət göstərən təqaüdçü Roma rahibi Manuel Musallam, mesajında ərəb və müsəlman xalqlarını Əl-Əqsa Məscidini sionist rejimin təcavüzü və təhdidindən qorumağa çağırdı. Rahib bu mesajda müsəlmanlara müraciət etdi: "Ey ərəb dünyasının azadlıq sevən müsəlmanları, Qüds ələ keçirilsə, bütün paytaxtlarınız əsirlikdə olacaq".

SəhərAzəri :iqna.ir-ın verdiyi xəbərə görə, rahib müsəlmanlara üz tutaraq deyib: "Əl-Əqsa Məscidi qazıntı və sionistlər tərəfindən məhv olma təhlükəsi ilə sarsılırsa, bütün taxtlarınız məhv olmaq təhlükəsi ilə üzləşəcək". Musallam sionist rejimlə münasibətləri normallaşdıran ərəb ölkələrinə müraciət edib: "Ey işğalçılara güzəştə gedən ərəb ölkələri, sionist işğalçılar türbələrinizi ləkələməyə cəhd etsələr, bilin ki, onlar bunu türbələriniz hətta qucağınızda olsa belə edəcəklər". Musallam işğalçılara müqavimət göstərənlərə bu yolda əzimkarlıq diləyərək, Qüdsü və Məscidi-Əqsanı əziz bilən hər kəsə kömək edəcəyini söyləyib. Xristian rahib müsəlmanlara və fələstinli xristianlara müraciətində, “Siz Qüdsün özünsüz. O qalsa, siz də qalacaqsınız, o aradan getsə, siz də aradan gedəcəksiniz”, - deyib.

Teqlər