May 08, 2021 11:20 Asia/Baku
  • Fələstin qrupları sionist rejimə Əl-Əqsa məscidinə hücumla bağlı xəbərdarlıq ediblər

Sionist rejimin Qüds sakinlərinə və Əl-Əqsa məscidindəki namazqılanlara hücumu fonunda Fələstin qruplarının liderləri bu rejimə tezliklə vəhşiliklərinin cavabını alacağı ilə bağlı xəbərdarlıq ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə Qüds hadisələrinə münasibət bildirərkən, deyib: "Bu hərəkətlər qarşısında susmaq mümkün deyil və düşmən hər an bizim cavabımızı gözləməlidir".

Ən-Nəxalə fələstinliləri özlərini Əl-Əqsa məscidinə çatdırmağa və İsrail rejiminin bu məscidə hücum etməyi planlaşdırdığına xatir mübarək Ramazan ayının 28-dək oranı tərk etməməyə çağırıb.

Qüds məscidləri də Əl-Əqsa məscidi və oradakı namazqılanların mühasirəsini pozmaq üçün şəhər əhalisini bu məscidin yaxınlığında ümumi bir səfərbərliyə çağırıblar.

Eyni zamanda, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS və bu hərəkatın Qəzzədəki siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bəyanatlar yayaraq, işğalçı rejimin Əl-Əqsa məscidində namazqılanlara qarşı etdikləri ilə bağlı xəbərdarlıq edərək, bildiriblər ki, düşmən Qüdsdə nəticəsindən xəbərsiz olduğu bir axmaqlıq edib.

Həmçinin, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas beynəlxalq ictimaiyyəti Fələstin xalqına və müqəddəslərinə beynəlxalq dəstək üçün bütün məsuliyyətinə əməl etməyə çağırıb.  

Fələstin Özünü İdarəetmə Təşkilatının baş naziri Məhəmməd Əştiyə də qeyd edib ki, Qüds və Şeyx Cərrah hadisələri fələstinliləri didərgin salmaq üzrə sistematik siyasətin yeni nümunəsidir.

Qeyd edək ki, sionist hərbçilər və qəsəbə sakinləri cümə axşamı günü Əl-Əqsa məscidində, Şeyx Cərrah və Babəl-Əmud məhəllələrində fələstinlilərə hücum edib, baş verən qarşıdurma nəticəsində ən azı 205 nəfəri yaralanıb. Daha öncə 178 nəfərin yaralandığı bildirlirdi.

Teqlər