Sionistlər Qəzzədə qətliamı davam etdirir;
Qəssam briqadasının iki komandiri şəhid olub; Şəhidlərin sayı 35 çatıb
Sionist rejim qırıcılarının bu gün səhər saatlarında Qəzzə Zolağına amansız hücumlarında üç fələstinli uşaq və HƏMAS-ın hərbi qanadının iki komandiri şəhid olub.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim bu gün üçüncü gün olaraq, Qəzzə zolağına ağır zərbələr endirib.
Fələstin mediası sionist rejimin Qəzzənin Daxili Təhlükəsizlik Təşkilatına və Qəzza şəhəri və Xan Yunisdəki digər təhlükəsizlik qərargahlarına və İslam Universitetinə geniş hücumundan xəbər veriblər.
Fələstinin Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Əyad Əl-Bəzm sionist rejimin hücumları fonunda polis mərkəzinə məxsus bütün binaların dağıldığını bildirib.
Müxtəlif informasiya mənbələri sionist rejimin Qəzzə zolağına eyni zamanda 30 hücumundan xəbər veriblər.
"Şəhab" xəbər agentliyinin məlumatına görə, sionist rejim qırıcılarının Təl Əl-Həva bölgəsindəki bir binanı hədəfə alması nəticəsində 3 fələstinli uşaq şəhid olub.
Digər tərəfdən, fələstinli mənbələr HƏMAS-ın hərbi qolu Əl-Qəssam briqadalarının Həsən Əl-Qəhuci və Vael İsa adlı iki komandirinin, hücumlar nəticəsində şəhid olduğunu bildiriblər.
Sionist rejim ordusu bu hücumlarda HƏMAS-ın hərbi kəşfiyyat xidmətinin rəhbəri və casusluq əleyhinə bölmənin komandirinin şəhid olduğunu iddia edib.
Fələstinin Səhiyyə Nazirliyindən verilən ən son məlumata görə, Qəzzə zolağında şəhid olanların sayı 35-ə, yaralıların isə sayı 200 nəfərə çatıbdır.
Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qüdrə İsrail rejimin hücumları şəhidlərinin 43 faizini qadın və uşaqlar təşkil etdiyini söyləyib.