May 12, 2021 23:44 Asia/Baku
  • Xalid Məşəl: “Bu müharibə İsrail rejiminin kökünü kəsəcək əsl intifazədir”

Fələstin xaricindəki HƏMAS hərəkatının lideri Xalid Məşəl ölkədəki son hadisələri sionist rejimin kökünü kəsən əsl intifazə adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, fələstinli lider bildirib: “Sionist rejimə qarşı hazırkı müharibə sözün əsl mənasında istisnavi müharibədir. Və millətimizin mesajı aydındır: Qüds və Əl-Əqsanı xilas etmək üçün müharibə və düşmənin Əl-Əqsaya hücum, onu işğal etmək və yəhudiləşdirmək planlarının məğlubiyyəti."

O sonra deyib: "Müqavimət hərəkatı Əl-Əqsa və Şeyx Cərrah məhəlləsindəki Fələstin xalqını dəstəkləmək və “müharibəmizin bir olduğunu və müqavimətin millətin və müqəddəs yerlərin xidmətində olduğunu” vurğulamaq üçün hərəkətə keçdi”.

Həmas rəsmisi, işğal altındakı Fələstinin dərinliklərini hədəfə alan müqavimətin gücündən qürur duyduğunu söyləyərək, müqavimətin düşməni xəbərdar etdiyini və verdiyi sözə əməl etdiyini söyləyib: “İşğal altındakı Fələstindəki insanlar mübarizəni davam etdirməlidirlər. Çünki bu torpağın əsl sakinlərisiniz və bu sionistlər vətənimizi tərk etməlidirlər. Bu müharibə sionist rejimin kökünü kəsəcək və bu müharibə İsrail rejiminin kökünü kəsəcək əsl intifazədir”. 

Teqlər