May 13, 2021 19:28 Asia/Baku
  • Yüz min fələstinli Fitr bayramı namazını Məscidül-Əqsada qılıb

Qüds İslami Vəqflər İdarəsi bildirib ki, yüz min fələstinli namazqılan bu gün səhər kəskin təhlükəsizlik tədbirlərinə rəğmən, Məscidül-Əqsaya daxil olaraq, səadətli Fitr bayramı namazını qılıb.

SəhərAzəri-nin məlumatına əsasən,«Allahu Əkbər!» şüarı verən fələstinlilər Məscidül-Əqsanın səhnlərinə daxil olublar.

Sionist rejim hərbçiləri həmçinin yüzlərlə digər nəfərin Məscidül-Əqsaya daxil olmasına mane olublar.

Fələstinli namazqılanlar Qüds şəhərindən və onun ətrafından, onların bir qismi isə qərb sahilindən Məscidül-Əqsaya gəlmişdi. Sionist rejim hərbçiləri Qüds şəhərinə daxil olmaları üçün yalnız yaşlı şəxslərə qərb sahilnin keçidlərindən keçmək icazəsi veriblər.

Fələstinlilərdən onlarla nəfər də sionistlərin onların Məscidül-Əqsaya girişlərini əngəlləmələrindən sonra Qüdsün qədim bölməsinin girişlərində bayram namazı qılıb.

Teqlər