May 13, 2021 19:54 Asia/Baku
  • Müqavimət «Ramon» hava limanını da hədəfə aldı

Uçuşların «Ben Quryon» aeroportundan «Ramon» hava limanına köçürülməsindən sonra hazırda Fələstin müqaviməti bu aeroportu da hədəfə alıb.

SəhərAzəri-nin məlumatına əsasən, «İzzəddin Əlqəssam» batalyonlarının sözçüsü Əbu Ubəydə qəsb olunmuş Fələstinin cənubunda yerləşən «Ramon» hava limanına tərəf «Əyyaş» tipli orta mənzilli raketin atılmasından xəbər verib.

Əbu Ubəydə deyib ki, 250 kilometrlik mənzilə və olduqca yüksək dağıdıcılıq gücünə malik olan Əyyaş raketi Qəzzənin cənubundan 220 kilometr aralıda yerləşən «Ramon» hava limanı səmtinə atılıb.

«İzzəddin Əlqəssam» batalyonlarının sözçüsü bildirib ki, bu raket atışı, müqavimət mühəndis və komandirlərinin qanlarının intiqamını almaq və Beytulmuqəddəsə kömək istiqamətində həyata keçirilib.

«Düşmənə deyirik ki, qəsb olunmuş Fələstinin cənubundan tutmuş şimalınadək mövcud olan bütün nöqtələr və hava limanları bizim raketlərin hədəfindədirlər və bu, elə bir silahdır ki, Fələstin səmasında müəyyən edəcəyimiz hər hansı hədəfə doğru hərəkət edəcək- «İzzəddin Əlqəssam» batalyonlarının sözçüsü belə deyib.

Əbu Ubəydə həmçinin dünyadakı bütün aviasiya şirkətlərindən istəyibdir ki, qəsb olunmuş Fələstində yerləşən bütün hava limanlarına olan uçuşlarını dərhal dayandırsınlar.

Fələstin müqaviməti ilə sionist rejim arasındakı müharibə bazar ertəsindən və müqavimətin bu rejimin Qüdsə və Məsciduləqsaya qarşı təcavüzlərinə son qoyulması zərurətinə dair Təl-Əvivə verdiyi möhlətin başa çatmasından sonra başlanıbdır.

Sionistlərin təhlükəsizlik kabineti də dünən axşamçağı Qəzzədə İslami Cihad və Həmas müqavimət hərəkatlarına qarşı hücum əməliyyatlarının artırılması üzrə hərbi planlar qəbul edibdir.

Qəzzənin səhiyyə nazirliyi bu gün bir məlumatda fələstinli şəhidlərin sayının 72-yə çatmasından xəbər verib. Qeyd edib ki, Qəzzə şəhidlərindən on yeddi nəfəri uşaq, altısı isə qadındır.

Qəzzə səhiyyə nazirliyinin məlumatına görə, 388 hərbçi də sionist rejimin Qəzzəyə qarşı hücumlarında yaralanıbdır ki, onlardan 115 nəfərini uşaqlar, əlli nəfərini isə qadınlar təşkil edirlər.

Teqlər