May 17, 2021 16:00 Asia/Baku
  • Sionist rejim 7-ci gündə Qəzzəyə ən ağır hava zərbələri endirib

İsrail rejiminin cinayətkar ordusu bu gün səhər saatlarında Qəzzə zolağına ən ağır hava zərbələri endirib.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzə zolağı dünən gecə və bu gün səhər saatlarında müharibə, artilleriya atəşi və ağır hava hücumlarına səhnə olub, hansı ki, bir həftə əvvəldən və Qüdsdə İsrail rejimi hərbçilərinin və qəsəbə sakinlərinin təhrikedici hərəkətləri ilə başlayıb.

Xəbər agentliklərindən verilən məlumatlara görə, toqquşmalarda bu günə qədər ən azı 200 günahsız fələstinli şəhid olub və fələstinli mübarizlər sionist rejimin cinayətlərinə cavab olaraq, indiyə kimi işğal olunmuş ərazilərə 3000-dən çox raket atıblar.

İsrail rejiminin rəsmiləri etiraf ediblər ki, heç vaxt eyni zamanda bu həcmdə rakek işğal olunmuş ərazilərə atılmayıb.

Digər tərəfdən sionist rejimin baş naziri Benyamin Netanyahu bir daha Qəzzə zolağı və "terrorçu qrupların mövqeləri" adlandırdığı məkanlara hücumların tam güclə davam edəcəyini vurğulayıb və beləliklə "Əl-Cəzirə" xəbər kanalı və "Associated Press" xəbər agentliyinin ofislərinin yerləşdiyi 13 mərtəbəli binanın dağıdılmasını əsaslandırmağa çalışıb.

Eyni zamanda yayılan məlumatlara görə, sionist rejim dünən gecə Qəzzə zolağına qarşı geniş və ağır hücumlar həyata keçirib və Fələstin mühasirəyə alınmış ərazilərinin böyük hissəsini məhv edib.

"Frans Press"-in məlumatına görə, hava hücumları nəticəsində Qəzza zolağının bir hissəsində elektrik enerjisi kəsilib.

Qəzzə zolağına vəhşicəsinə hücumlar elə bir halda davam edir ki, Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, bazar günü İsrail ordusunun hava hücumları və artilleriya atəşləri nəticəsində səkkiz uşaq və iki həkim olmaqla 42 Qəzza sakini şəhid olub.

"Frans Press"-ın məlumatında deyilir ki, sionist rejimin qırıcıları bazar ertəsi günü səhər saatlarında Qəzza zolağında onlarla əvvəlcədən təyin olunmuş mövqeləri hədəfə alıblar.

Yerli şahidlərin dediyinə görə, sionist rejimin dünən gecə və bugünkü hücumları ağır xəsarətlərlə nəticələnib.

Qəzzədə müharibə elə bir halda davam edir ki, beynəlxalq ictimaiyyətin və beynəlxalq qurumların, habelə BMT baş katibinin hərbi əməliyyatların dərhal dayandırılması çağırışları İsrail rejimi tərəfindən hələ də müsbət cavabla qarşılanmayıb və BMT Təhlükəsizlik Şurasının Qəzza böhranını müzakirə etmək üçün bazar günü keçirilən üçüncü xüsusi iclası bir daha ortaq bir bəyanatın üzərində konsensus olmadan nəticəsiz sona çatıb. 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirləri də bazar günü Qəzzəyə edilən qanlı hücumları qınayıb, böhrana görə İsrail rejimini günahlandırıb və döyüşləri dərhal dayandırmağa çağırıb.

Teqlər