Qəzzə zolağının cənubu sionist rejim ordusunun atəşi altında
Sionist rejim qırıcıları dünən gecə Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin müxtəlif rayonlarını əlli dəfədən çox bombalayıblar.
SəhərAzəri-nin məlumatına görə, Rəfəhin rayonlardakı əksər əkin sahələri və yaşayış massivləri hücumlara məruz qalıblar.
Digər tərəfdən, Fələstin səhiyyə nazirliyi bildirib ki, bu hücumlarda bir fələstinli şəhid olub, səkkiz nəfər isə yaralanıbdır.
Bu şəhidin və səkkiz yaralının hesablanması ilə fələstinli şəhidlər və yaralıların sayı 218 və min 515 nəfərə çatıbdır.
Qəzzə zolağına qarşı amansız hücumlara görə, Hətsur, Hətsrim, Nifatim, Təl-Nuf, Belmaxim və Ramon hərbi bazalarını raket hücumları hədəfinə çevirdik- Əlqəssam batalyonları bildirib.
Müxtəlif sosial şəbəkələrdə yayılan təsvirlər göstərir ki, Təl-Əviv də bir daha müqavimət qruplarının raket yağışına qərq olub.
Sionist rejim ordusunun sözçüsü Avixay Adrai dünən gecə bildirib ki, Həmas və İslami Cihad hərəkatları işğal olunmuş ərazilərə on iki minə yaxın raket atıblar.
O, həmçinin deyib ki, bu savaşda sionist rejimi hədəfə alan raketlərin sayı bu rejimin tarixində görünməyibdir.
SİONİST REJİM QƏZZƏ ZOLAĞININ CƏNUBUNU ATƏŞƏ TUTUB