İsrailə qarşı nifrət dalğası böyüyür
Dünya xalqları zülmə etiraz edir
Cümə günü dünyanın müxtəlif şəhərləri Fələstinin məzlum xalqına dəstək məqsədilə kütləvi xalq yürüşlərinə səhnə olub.
SəhərAzəri-nin verdiyi məlumata görə, mayın 21-də bütün dünyada Fələstin xalqına dəstək məqsədilə həmrəylik yürüşləri keçirilib.
Bununla əlaqədar Hollandiyanın Rotterdam şəhəri sionist rejimin Fələstinə qarşı hücumlarını qınayan nümayişlərin şahidi olub.
Nümayişlər Hollandiyadakı Fələstin icması tərəfindən təşkil edilib və nümayiş iştirakçıları Qəzzə zolağındakı atəşkəsi və Fələstin müqavimətinin qələbəsini qeyd ediblər.
Nümayişçilər Fələstin bayrağını dalğalandıraraq, Fələstinin azad edilməsi və sionist rejimin boykot edilməsinə dair şüarlarlar səsləndiriblər.
İngiltərədə də bir qrup etirazçı İsrail rejiminin Londondakı səfirliyi qarşısında aksiya keçirib, bu rejimin fələstinlilərə hücumlarını qınayıblar.
Etirazçılar əllərində Fələstin bayraqlarını tutaraq, "Fələstin azaddır", "İsrail terrorçu bir dövlətdir" və "Fələstin azad ediləcək" kimi şüarlar səsləndiriblər.
Eyni zamanda Beynəlxalq Yəhudi Anti-Sionist Şəbəkəsinin üzvü Mikail Kalmanovitz, etirazçıların adından bir bəyanat qiraət edərək, sionist rejimin Qəzzə zolağına hücumları nəticəsində onlarla fələstinlinin həyatını itirdiyini bildirib.
Oxşar nümayişlər cümə günü Avstriya, Şimali Makedoniya, Liviya və Əfqanıstanda baş tutub.
Yüzlərlə Əfqanıstan vətəndaşı Kabildə keçirilən bir aksiyada sionist rejimin fələstinlilərə qarşı hücumlarına etiraz edərək, hər kəsin müsəlmanların ilk qibləsini dəstəkləməsinin vacibliyini vurğulayıblar.
Etiraz edən əfqanlar İsrail rejiminin bayrağını yandırdılar.
Əfqanıstanlı nümayişçilər, həmçinin sionist rejimə qarşı şüarlar səsləndirib və Fələstinə dəstək olduqlarını vurğulayılar.
Avstriya ərəb icması da Vyanada, sionist rejimin Fələstin xalqına təcavüzünü pisləyən nümayişlər təşkil edib.
Avstriyalı etirazçılar əllərində plakatlar tutuaraq, İsrail rejiminin boykot edilməsini tələb ediblər.
Onlar sionist rejimin Qəzzəyə hücum edərək müharibə cinayətləri törətdiyini bildiriblər.
Minlərlə liviyalı da, cümə günü Tripoli şəhərinin küçələrinə axışaraq, Fələstin xalqına dəstək nümayiş etdiriblər.
Liviya və Fələstin bayraqlarını daşıyan nümayişçilər "İsrail məhv olacaq" və "Məscidül-Əqsa üçün canımızı qurban veririk" şüarları səsləndirbilər.
Liviya vətəndaşları, həmçinin sionist rejimlə münasibətlərin normallaşmasını pisləybilər.