May 31, 2021 13:28 Asia/Baku
  • «Səyf-ul-Quds» döyüşü sionist düşmənlə döyüş qaydalarını dəyişdi

Həmas-ın siyasi bürosunun sədri vurğulayıb ki, müqavimət mehvəri bu gün Fələstin xalqının və onun şücaətli müqavimətinin yolundakı tarixi bir dönüş nöqtəsinin qarşısında durub.

SəhərAzəri-nin məlumatına əsasən, İsmail Hənyə Fələstin xalqının qələbəsi münasibətilə Livanın cənubunda yerləşən «Əynulhilvə» düşərgəsində keçirilən mərasimdə etdiyi çıxışda deyib ki, «Səyf-ul-Quds» döyüşü və Qüdsün müqavimətin döyüş qaydalarına daxil edilməsi, Fələstin xalqının fədakar müqaviməti yolundakı fərqli nişanələri qeydə aldı.

Fələstin müqaviməti sionist rejimlə gedən son on iki günlük savaş zamanı minlərlə modern raketdən istifadə edərək, bu rejimi birtərəfli atəşkəs elan etməyə məcbur etdi.

Həmas hərəkatının liderlərindən olan İsmail Rizvan da bildirib ki, sionist rejim başçıları hərbi cinayət törətdiklərinə görə, məsuliyyətə cəlb olunaraq, mühakimə edilməlidirlər.

O, qeyd edib ki, Fələstin Azadlıq Təşkilatının islahı və milli birlik rəhbərliyi kadrının təşkili prosesi tez bir zamanda başlamalıdır, zira milli birlk hökumətinin təşkili seçkilər keçirilmədən heç vaxt problemləri həll etməyəcək.

Fələstin muxtariyyətinin sədri Mahmud Abbas son zamanlar rəsmi şəkildə Fələstin ərazilərində seçkilərin təxirə düşdüyünü bildirib. Deyib ki, seçkilərin keçirilməsi, qəsb olunmuş Qüdsün bu seçkilərdə iştirakı imkanından asılıdır.

Fələstin parlament seçkiləri on beş il fasilədən sonra cari il mayın 22-də, rəyasət seçkiləri iyulun otuz birində, milli şura seçkiləri isə avqustun otuz birində keçirilməli idi.

Teqlər