May 31, 2021 15:23 Asia/Baku
  • Həmas-dan Netanyahunun kənarlaşdırılması ehtimalına reaksiya

Həmas hərəkatının sözçüsü Netanyahu olmadan sionist rejimin yeni nazirlər kabinetinin təşkili ehtimalına reaksiyada vurğulayıb ki, bu məsələ reallaşacağı halda, Fələstinin bu rejimlə döyüşünün mahiyyətinə bir təsir göstərməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən,Həmas hərəkatının sözçüsü bildirib ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun rəqiblərinin onun hakimiyyətinə son qoymağa yaxınlaşmaları reallaşağı təqdirdə fələstinlilərlə sionistlər arasındakı döyüşlərin mahiyyətini və qəsbkarı məğlub etmək üzrə səyləri dəyişməyəcək.

Fuzi Bərhum deyib ki, sionist rejimin gələcək hökumətinin mahiyyəti həmin rejimi işğalçı rejim kimi tanımağın mahiyyətini dəyişməyəcək və qəsbkarın məğlub olacağı zamanadək Fələstin xalqının mübarizəsinə və mübarizə yoluna bir təsir göstərməyəcək.

Sionist rejimin «Yeni sağlar» partiyasının lideri Naftali Benet dünən gecə deyibdir ki, Netanyahu sağ qolun hökumətini təşkil etmək üçün heç bir seçimə malik deyil və onun sözləri tamamilə yalandır.

Teqlər