İyul 31, 2021 14:51 Asia/Baku
  • Sionist rejim məhbbəslərində qeyri-insani şərait

Fələstinli əsirlər və azadələrin işləri komitəsi sionist rejim məhbəslərində fələstinli qadınların həbs və istintaq edilmələri üzrə çətin və qeyri-insani şəraitin davam etməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinli əsirlər və azadələrin işləri komitəsi bir bəyanat yayaraq, qeyd olunan şəraiti tənqid edib və nümunə olaraq, üç ay bundan öncə ikinci dəfə olaraq, Cenin şəhərindəki evində həbs olunan əlli yaşlı fələstinli qadın Muni Qəədanın taleyinə nəzər salıb.

Komitənin məlumatına əsasən, Qəədan son dəfə həbs edilərkən 22 gün ərzində saatlarla istintaqa və müxtəlif işgəncələrə məruz qalıbdır.

Komitə öz bəyanatında qeyd edibdir ki, indiyədək qəsbkar rejimin məhbəslərində səkkiz il həbs çəkmiş Muni Qəədan öz izahatlarında «Əlcümlə» zindanındakı fərdi kameraların şəraitini son dərəcə ağır adlandırıb və bildirib ki, «Damon» həbsxanasında da qırx fələstinli qadın olduqca çətin şəraitdə əsirlikdədir və onların bəziləri uzunmüddətli cəzalara, o sıradan on altı illik həbsə məhkum ediliblər.

Hazırda sionist rejim məhbəslərində dörd min 800 fələstinli əsir vardır ki, onların arasında 170 uşaq, 39 qadın və onlarla yaşlı şəxs görünür.

Sionist rejim məhbəslərindəki fələstinli əsirlər daima qeyri-insani rəftarlar, həmçinin ruhi və bədən işgəncələri altındadırlar.

Teqlər