Sen 26, 2021 20:11 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim

Qərb sahilində beş fələstinlinin şəhid edilməsindən sonra sionist rejim ordusu müqavimətin intiqamı və müqavimət qruplarının işğal olunmuş ərazilərə qarşı raket yağışı qorxusundan hazır vəziyyətə gətirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzə zolağı sərhədlərindəki xəbərdarlıq vəziyyəti barədə xəbərlər göndərən sionist medialar bildiriblər ki, qəsbkar rejim ordusunun qərb sahilindəki əməliyyatına cavab olaraq, Qəzzə zolağından raket atılması qorxusundan «dəmir qübbə» sistemi hazır vəziyyətə gətirilib.

Sionist rejim ordusunun sözçüsü qeyd edib ki, beş fələstinlinin şəhid olmasından sonra Qəzzə zolağından işğal olunmuş ərazilərə tərəf raket atışı ehtimalı var.

Belə bir halda, qeyd edək ki, «dəmir qübbə» müdafiə sisteminin faydasızlığı «Qüds qılıncı» əməliyyatı zamanı sübuta yetirilbdir.

 

Teqlər