May 09, 2022 11:28 Asia/Baku
  • Sionistlər Qərb sahilinə vəhşicəsinə hücum ediblər

Sionist hərbçilər növbəti dəfə İordan çayının qərb sahilindəki bölgələrə vəhşicəsinə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Ahd" portalının məlumatına görə, sionist rejim hərbçiləri bu gün (bazar ertəsi) səhər saatlarında İordan çayının qərb sahilində fələstinlilərə hücum edərək, onları döyüblər.

Şahidlər bildiriblər ki, bir neçə Fələstin vətəndaşı sionistlər tərəfindən heç bir ittiham irəli sürülmədən saxlanıb.

Bu elə bir haldadır ki, sionistlər ötən gecə iki fələstinli gənci İordan çayının qərb sahilində, daha bir fələstinli gənci isə işğal olunmuş Qüdsdə şəhid ediblər. 

Son həftələrdə sionist hərbçilərin fələstinlilərə qarşı hücumları intensivləşib, sionist hərbçilər tez-tez fələstinliləri birbaşa güllə atəşi ilə hədəfə alırlar. 

Teqlər