İrlandiyalı deputat qərbin Fələstin barədə ikili münasibətini qınayıb
İrlandiyalı deputat Riçard Boyd Berret Qərb hökumətlərini Rusiyanın Ukraynadakı oxşar hərəkətlərindən qəzəblənməsi fonunda İsrailin Fələstindəki təcavüzkar davranışlarına reaksiya vermədiklərinə görə tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən,bu haqda “TRT World” məlumat yayıb.
İrlandiyalı deputat qərb dövlətlərinin Əl-Cəzirə” əməkdaşı jurnalist Şirin Əbu Əklehin qətlini pislədiklərinə toxunub ancaq sionist rejimin cinayətlərinin bununla məhdudlaşmadığını xatırladı: “Ancaq daha vacib bir şey də var. İsrail müdafiə qüvvələri Fələstin ərazilərində apardıqları “əməliyyat” adı alıtnda nələr törədirlər?”,- deyə Riçard Boyd Berret deyib.
İrlandiyalı deputat son altı həftə ərzində Qərb liderlərinin Rusiyanın Ukraynadakı müharibəsini pislədiklərinə diqqət çəkərək deyib: Qərb liderləri Rusiyanın Ukraynadakı “əməliyyatı”-nı xarici torpaqlarda “qəddar, əsassız və bağışlanmaz hərbi təcavüz aktı” adlandırıblar. Bəs İsrailin Fələstin ərazisindəki Cenini işğalı haqqında niyə eyni sözlər deyilmir? Onlar nə edirlər, Fələstin ərazisində “hərbi əməliyyat” keçirirlər? Onlar “hərbi əməliyyatlar” zamanı hər gün nələr edirlər?”, - deyə parlamentdə çıxış edən deputat sual edib.