İyul 09, 2022 11:44 Asia/Baku
  • Minlərlə fələstinli Əl-Əqsa məscidində Qurban bayramı namazına qatılıb

Minlərlə fələstinli Əl-Əqsa məscidində qılınan Qurban bayramı namazına qatılıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "ŞahabNews" məlumat yayıb.

Məlumata əsasən, bu gün Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələrində Qurban bayramıdır.  

Fələstinlilər Qurban bayramı mərasimlərində iştirak etmək üçün ailələri ilə birlikdə bu gün səhər erkən saatlardan özlərini Qüds və Qərb sahilinin müxtəlif bölgələrindən Əl-Əqsa məscidinə çatdırıblar. 

Fələstin mənbələri həmçinin 1948-ci ildə işğal olunmuş ərazilər də daxil olmaqla, Fələstinin müxtəlif şəhərlərində Qurban bayramı namazının geniş şəkildə qeyd edilməsi barədə məlumat veriblər.

Qeyd edək ki, sionist rejim son onilliklərdə öz əsas məqsədlərini həyata keçirmək üçün həmişə Fələstin xalqı arasındakı birliyini aradan qaldırmağa və onların parçalamağa çalışıb.

Bu elə bir haldadır ki, Fələstin xalqı və bu ölkədəki siyasi qruplar sionistlərin istəklərinin əksinə olaraq, Qüds və Əl-Əqsa məscidi oxu ətrafında birləşərək, saxta sionist rejimə ağrılı zərbələr vura biliblər. 

Teqlər