Sionist rejim Qəzzəyə hücuma keçib
https://azeri.sahartv.ir/news/fələstin-i391886-sionist_rejim_qəzzəyə_hücuma_keçib
Fələstinli mənbələr sionist rejimin Qəzzə zolağına hava hücumlarında 2 fələstinlinin şəhid olması, 15 nəfərin yaralanmasından xəbər veriblər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 05, 2022 16:39 Asia/Baku
  • Sionist rejim Qəzzəyə hücuma keçib

Fələstinli mənbələr sionist rejimin Qəzzə zolağına hava hücumlarında 2 fələstinlinin şəhid olması, 15 nəfərin yaralanmasından xəbər veriblər.

Sionist rejimin Qəzzə zolağına hücumunda Fələstin İslami Cihad Hərəkatının bir mövqeyinin hədəfə alındığı deyilir. Bir 5 yaşlı fələstinli qız uşağının da bu hücumlarda şəhid olduğu xəbəri yayılıb. 

Həmas bir bəyanat yayaraq sionist rejimin Qəzzə zolağına qarşı hava hücumlarının intiqamının alınacağını bildirib.

Bəyanatda deyilir: Sionist düşmən yeni cinayətə əl atdı və onun əvəzini ödəməli olacaq və bunun məsuliyyətini qəbul etməlidir.

Həmasın başqa bir sözçüsü də Qəzzəyə hücumun davam etməsindən xəbər verib və Fələstin müqavimətinin təcavüzə qarşı tam bütöv olduğunu vurğulayıb.