Fev 06, 2023 19:47 Asia/Baku
  • Netanyahu hökumətinin fələstinlilərə qarşı təzyiqi davam edir

Netanyahunun ekstremist hökumətinin fələstinlilərə qarşı təzyiqinin davamında informasiya mənbələri dünən gecə bildiriblər ki, sionist rejimin fələstinli əhalinin evlərini uçurmaq üzrə qərarı ilə yüz fələstinli ailə evsiz qalacaq.

Sionist rejimin ifratçı hökumətinin hakimiyətə gəlməsilə fələstinlilərin mənzillərinin dağıdılması və dünya ictimaiyyətinin sükutu sayəsində sionist qəsəbəsalmaların genişlənməsi son dərəcə genişlənibdir.

Bu xəbəri verən sionist rejimin “Kan” telekanalı əlavə edib ki, bu rejimin başçıları “Qəddum vadisi” kəndində iri bir yaşayış binasını uçurmağa hazırlaşırlar.

Dağıntı əməliyyatının dəqiq zamanına toxunmaayn “Kan” yalnız bildirib ki, bu iş qarşıdakı günlərdə həyata keçiriləcək.

Həmçinin sionist rejim məhkəməsi bazar günü şəhid Məhəmməd Əlcəəbərinin Əlxəlil şəhərində yerləşən mənzilinin uçurulması barədə hökm çıxarıb.

Fələstinli döyüşçü Məhəmməd-Kamal Əlcəəbəri 2022-ci ilin noyabrında Əlxəllldə yerləşən sionistsakinli “Krayat Arba” qəsəbəsində keçirdiyi bir anti-sionist əməliyyatda bir sionisti öldürdü, beş sionisti isə yaraladı.

Bu istiqamətdə sionist rejimin baş naziri Benyamin Netanyahu dünən öz nazirlər kabinetinin Qəzzə zolağının yaxınlığındakı ərazidə yeni bir sionistsakinli qəsəbənin inşası ilə razılaşdığını bildirdi.

Netanyahunun nazirlər kabinetində sionist və haredi partiyalarının geniş şəkildə təmsil olunması Netanyahunun öncəki razılaşmaya əsasən, onları razı salmaq üçün imtiyazlar verməsinə səbəb olubdur.

 

Teqlər