Sionistlər şokda;
İsrail ordusu 2 zabitinin öldüyünü təsdiqləyib
İki zabitin müəmmalı ölümü sionist rejim ordusunun şəxsi heyətini vahiməyə salıb.
Ötən bir neçə gündə İbrani mediası sionist İsrail rejimin indiki və keçmiş iki zabitinin ölüm xəbərini yayıb.
İsrail ordusu bu iki zabitin ölümünü təsdiqləyib və onların yol qəzasında həlak olduğunu iddia edir.
Təsnim Beynəlxalq Xəbər Agentliyinin isə məlumatında deyilir ki, ölən şəxslərdən birinin İsrail rejimi ordusunun zabiti olduğu təxmin edilir, belə ki, həmin bu zabit PUA sahəsində çalışırmış.
İsrail ordusu sözü gedən zabitin "Mişel Pərşt" adlı şəxs olduğunu təsdiqləyib.
“Maariv” Pərştin ölümü ilə bağlı yazıb ki, o, fevralın 7-də “Şəfala”da yerləşən “Beyt əl-Azari” sionist qəsəbəsi yaxınlığında baş vermiş yol qəzası nəticəsində ölüb.
Sionist zabitin Tel Nof hava qüvvələri bazasında texniki xidmət eskadrasının planlaşdırma, nəzarət və istehsal zabiti olduğu qeyd edilir. Onun pilotsuz təyyarələrin istehsalı və buraxılmasına nəzarət etdiyi bildirilir.