Fələstin müqaviməti sionist rejimin Qəzzədəki təcavüzünə cavab verib
Sionist rejim tanklarının Qəzzə zolağında yerləşən Xan Yunus şəhərinin şərqinə girmələrindən sonra fələstinli müqavimət qüvvələri bu təcavüzkar hərəkətlə mübarizəyə qalxıblar.
SəhərAzəri-nin məlumatına əsasən, bir fələstinli mənbə bildiribdir ki, bu zaman fələstinli müqavimət qüvvələrinin sionist rejim tanklarına qarşı atəşllərindən irəli gələn partlayış səsləri eşidilib.
Bu mənbə Əlcəzirə telekanalı ilə müsahibədə əlavə edib: Sionist tankları və texnikalarına tərəf açılan atəşlər onları Xan Yunus-da nüfuz etdikləri bölgədən geri çəkilməyə məcbur edib.
Digər tərəfdən, sionist rejim ordusunun bir sözçüsü deyibdir ki, bu rejimin bir ədəd tankı Xan Yunusun şərqində Həmas təşkilatının mövqeyinə atəş açıb.
O, qeyd edib ki, sionist qüvvələr Qəzzə zolağı sərhədlərindəki təhlükəsizlik hasarının qərbində fəaliyyət göstərməkdə imişlər.
Həmas-ın sözçüsü Əbdüllətif Əl-Qanu da müqavimətin Xan Yunusun şərqində sionist hücumçu hərbi texnikanın qarşısında dayanması və sionist hərbçiləri geri oturmağa məcbur etməsinə olan ilk reaksiyada bu basqın qarşısındakı duruşu yüksək dəyərləndirib və vurğulayıbdır ki, müqavimət qəsbkarların hərəkətlərinə nəzarət edir.