Mart 29, 2023 19:39 Asia/Baku
  • Həmas sionistlərin Məscidüləqsa-ya basqınını pisləyib

Həmas hərəkatı sionist qəsəbə sakinlərinin sionist rejim polisinin himayəsi altında həyata keçirilən Məscidüləqsa-ya basqınını kəskin tərzdə pisləyib.

Həmas-ın sözçüsü Məhəmməd Həmadə Qüds şəhərində keçirilən mətbuat konfransında deyib: Məscidüləqsanın yəhudiləşdirilməsi və sionistlərin ona hakimiyyətinin qəbul etdirilməsi məqsədilə həyata keçirilən işğalçıların nəhs planları heç vaxt Qüdsün və Məscidüləqsanın tarixi nişanələrini dəyişə və onun islami mahiyyətini məhv edə bilməyəcəkdir.

Həmadə qeyd edibdir ki, sionist rejimin nəhs planları işğalçılığa qarşı çıxan və Əl-Əqsanın islami, Qüdsün də ərəbi olmasına sadiq qalan Fələstinin azad xalqının iradəsilə üzləşəcək.

O, söyləyib: Biz qərb sahilində və 1948-ci ildə qəsb edilmiş ərazilərdəki övladlarımızı islami ritualları yerinə yetirmək, həmçinin saxta İsrail rejiminə və işğalçılığa qarşı çıxmaq üçün Məscidüləqsada daha çox iştiraka çağırırıq.

 

Teqlər