Apr 22, 2023 20:41 Asia/Baku
  • 250 min fələstinlinin iştirakı ilə Məscidül-Əqsada izdihamlı Fitr bayramı namazı qıldı

Sionist rejimin maneələrinə baxmayaraq, on minlərlə fələstinlinin iştirakı ilə Fitr bayramı namazı Məscidül-Əqsada qılınıb.

SəhərAzəri-nin məlumatına görə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Suriya, Türkiyə, Ərəb Əmirlikləri, Misir, Küveyt, Yəmən, Fələstin, Livan və İordaniya da daxil olmaqla bir sıra İslam və ərəb ölkələri bu gün cümə gününü Şəvval ayının biri Fitr bayramı qeyd ediblər

Məlumata görə, Fitr bayramı namazı olduqca izdihamlı halda Məscidül-Əqsada qılınıb.

Xatırladaq ki, Sionist rejimin sərt qadağalarına baxmayaraq, işğal olunmuş Qüds, İordan çayının qərb sahili və 1948-ci il əraziləri də daxil olmaqla, bu torpağın hər yerindən minlərlə fələstinli Fitr bayramını qılmaq üçün dünya müsəlmanların ilk qibləsinə gəliblər.

Yerli mənbələrin məlumatına görə, bu möhtəşəm mərasimdə ən azı 250 min fələstinli iştirak edib.

Teqlər